Diş ağrısına dözməyən qadın özünü öldürdü

12 İyul 2014 21:03 (UTC+04:00)
İngiltərədə inanılmaz intihar hadisəsi baş verib.

Movqe.az ANS PRESS-ə istinadəən xəbər verir ki, İngiltərənin Bləkpul şəhərində yaşayan Canette Vorburton adlı 58 yaşlı bir ingilis qadın həddindən artıq diş ağrısı səbəbilə intihar edib. Diş ağrısına dözə bilməyən Canette şəhərdəki avtodayanacaqlardan birinin beşinci mərtəbəsinə çıxıb və özünü 15 metr yüksəklikdən ataraq intihar edib.

Hadisə bu il martın 29-da gerçəkləşsə də, qadının ərinin Milli səhiyyə xidmətinin (NHS) səhlənkarlığı barədə şikayət etməsilə ortaya çıxıb və mətbuatda bu həftə əks olunub.