Yaponiyada güclü zəlzələ: təhlükə gözlənilir
12 İyul 2014 23:00 (UTC+04:00)
"Gündoğan ölkə"də güclü zəlzələ baş verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Yaponiya Meteoroloji
xidməti agentliyi paytaxt Tokionun şimal-şərqindəki Fukuşimada
zəlzələ qeydə alındığını bildirib.
6,8 bal gücündə, yerin 10 kilometr dərinliyində meydana gələn
zəlzələdən sonra agentlik tərəfindən sunami xəbərdarlığı edilib.
Yapon dövlət televiziyası "NHK" bunun Fukuşimakı "Dai-içi" nüvə
enerji stansiyasının zərər görmə ehtimalının olması səbəbiylə
edildiyini qeyd edib. Nüvə stansiya ətrafındakı şəhərlərdə yaşayan
100 min adam təxliyyə edilib.
Xatırladaq ki, 2011-ci il martın 11-də həmin prefektura baş verən
zəlzələ və daha sonra meydana gələn sunamidə də 19 min adam
dünyasını dəyişmişdi. Bu qədər insanın ölümünə səbəb isə təbii
fəlakətin nüvə enerji stansiyasında sızma yaratması nəticəsində
olmuşdu. Bu insan itkisi Çernobildən 25 il sonra dünyanın ən böyük
ikinci nüvə fəlakəti olaraq tarixə düşüb.