Deputatlar üçün sosial şəbəkə yaradılır

13 İyul 2014 11:00 (UTC+04:00)
Rusiya Dövlət Dumasında elektron parlamentin yaradılması çərçivəsində deputatlar üçün peşəkar sosial şəbəkə istifadəyə veriləcək.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, sosial şəbəkədə  deputatlardan başqa, onların öz dəvəti ilə ekspert-hüquqşünaslar, politoloq və iqtisadçılar da qeydiyyatdan keçə bilərlər. Sıravi istifadəçilər isə sadəcə təşəbbüsləri qiymətləndirə və başqa sosial şəbəkələrdə müzakirə edə bilərlər.

Qeyd edək ki, "Парламентский портал" sosial şəbəkəsinin ünvanı portal.parlament.gov.ru adlanır.