Poroşenko Braziliyaya getməyəcək

13 İyul 2014 12:14 (UTC+04:00)
Ukrayna prezidenti Pyotr Poroşenko Rio-de-Janeyroya nəzərdə tutulan səfərini ləğv edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ukrayna prezidentinin mətbuat xidmətindən verilən açıqlamada, prezident Poroşenkonun 2014-cü il futbol üzrə Dünya çempionatına ev sahibliyi edən Braziliyaya edəcəyi səfəri təxirə saldığı bildirilib.

DÇ-in bağlanma mərasimində iştirak etmək üçün Braziliya prezidenti Dilma Rusef tərəfindən dəvət edilən Poroşenko ölkəsində baş verən hadisələrə görə səfərin mümkünsüz olduğunu qeyd edib.