Biabır olduqlarını deyə bilmədi

13 İyul 2014 13:00 (UTC+04:00)
"Bərbad bir hiss yaşayıram, heç bilmirəm nə deyim".

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, futbol üzrə Dünya Çempionatı 2014-ün üçüncü yer uğrunda mübarizəsində hollandlara 3:0 məğub olan Braziliya yığmasının yarımmüdafiçisi Oskar, məğlubiyyətdən sonra verdiyi açıqlamada hisslərini bildirmək üçün söz tapa bilmədiyini deyib.

"Bərbad bir hiss yaşayıram, heç bilmirəm nə deyim. Braziliya yığması yaxşı oynayırdı, lakin bu gün bizim günümüz deyil. Həmişə tez qol buraxanda oynamaq çətin olub. Şanslarımız oldu, lakin onları həyata keçirib oyuna qayıtmağı bacarmadıq" - deyə yarımmüdafiəçi bildirib.