Gürcüstanda seçkilər başa çatdı
13 İyul 2014 16:00 (UTC+04:00)
Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniyanın
sözlərinə görə, yerli seçkilərin ikinci turunda bütün seçki
prosedurları qanuna uyğun keçirilib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bazar gününə keçən
gecə Jvaniya şəhər icra hakimiyyətləri və bələdiyyə başçılarının
seçkilərini şərh edərkən "Biz bütün prosedurları başa
çatdırmamışıq, ona görə ümumi qiymət vermək çətindir, lakin biz iki
şeyi deyə bilərik: bütün seçki prosedurları qanuna uyğun keçirilib
və səsvermə dinc bir mühitdə baş tutub" - sözlərini ifadə edib.
Qeyd edək ki, Gürcüstan vətəndaşları şənbə günü, seçkilərin ikinci
turunda 8: Tbilisi, Batumi, Rustavi, Poti, Qori, Msxeta, Ozurqeti
və Telavi şəhərlərinin icra başçısını, eləcə də 13: Ahmet, Kvareli,
Qori, Tianeti, Martvili, Kobuleti, Baqdati, Xoni, Tkibuli,
Lançxuti, Tercola, Telavi və Xulo özünüidarəetmə orqanına başçı
seçiblər.
MSK-nın ilkin məlumatına görə, bütün şəhər və rayonlarda hakim
koalisiya olan "Gürcüstan Arzusu" irəlidədir.