Fələstində ölənlərin sayı 163-ə çatdı
13 İyul 2014 19:12 (UTC+04:00)
İsrailin Qəzzaya təşkil etdiyi hava hücumlarında həlak olanların
sayı 163-ə yüksəlib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Qəzzadakı Fələstin
hökuməti Səhiyyə Nazirliyinin sözçüsü Eşref əl-Kudra son vəziyyətlə
bağlı açıqlama verib. O bildirib ki, yaralananların sayı artıq
1085-i ötüb.
Kudra İsrail döyüş təyyarələrinin bu gecə Qəzzanın şərqində olan
əş-Şucaiyye məhəlləsinə təşkil etdiyi hava hücumunda 18 nəfər həlak
olub, 50 nəfər isə yaralandığını söyləyib. Bundan başqa Qəzzanın
cənubundakı Rifah şəhərində 2 nəfər ölüb, 3 nəfər isə
yaralanıb.