İŞİD ABŞ və Kanadadan döyüşçü yığır
13 İyul 2014 20:00 (UTC+04:00)
Yaxın Şərqdə insanları müxtəlif yollarla öz dəstəsinə qatan terror
təşkilatı İŞİD Qərbdə də döyüşçülər axtarır.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, təşkilatın təbliğat
maşını adlandırılan "əl-Həyat Media Center" adlı qurumun
hazırladığı videolarla, Kanada və ABŞ-dan olan insanlara çağırış
edilir.
Kanadanın Ontario əyalətinin Timmins şəhərində yaşayan bir gənci öz
dəstəsinə qatan terror təşkilatı yeni videolar hazırlayaraq
təbliğata başlayıb. Müsəlman olduqdan sonra "Abu Muslim" adını alan
kanadalı Andre Poulini İŞİD-in reklam çarxlarında nümunəvi döyüşçü
kimi göstərilir. Sosial şəbəkələrdə yerləşdirilən videoda Poulinin
2013-cü ildə Dəməşqdə öldürülməsinə kimi olan həyat hekayəsi izah
edilir. Kanadalı gəncin həyatı digər namizədlər üçün nümanə kimi
göstərilir. Kanadanı "dar-ül küfr" adlandıran İŞİD bu ölkədə Allaha
üsyan edildiyini iddia edir. Kanadalıları sıralarına çağıran terror
təşkilatı onlara vədlər də verir.
Kanada Təhlükəsizlik Xidməti məsələ ilə bağlı bir neçə gün öncə
açıqlama verib. Bildirlirib ki, hazırda 130-dan çox Kanada
vətəndaşı dünyadakı terror təşkilatlarına qatılıb.