Erməniləri darmadağın etdik

13 İyul 2014 21:13 (UTC+04:00)
Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa birinciliyində Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət otüstü xokkey komandası Ermənistan yığmasını 4:1 hesabı ilə yenərək final mərhələsinə vəsiqə qazanıb.

Azərbaycanın Gənclər komandası Vilnüsdə keçirilən Avropa çempionatında (Litva) final mərhələsinə keçib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Bundan əvvəlki oyunda Cəbəllütariq yığmasını 3:2 məğlub edən komandamız ikinci qrup mərhələsində Ermənistanı 4-1 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, finalda gənclərdən ibarət yığmamız İsveçrə xokkeyçiləri ilə qarşılaşacaqlar.