Ukrayna təyyarəsini vuranlar həbs edildi
13 İyul 2014 21:17 (UTC+04:00)
Ukrayna təhlükəsizlik xidməti 24 iyunda Karaçun dağı yaxınlığında
Ukrayna Silahlı Qüvələrinə məxsus Mİ-8 hərbi vertolyotunu vurmuş
terrorçuları həbs edib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir
ki, Mİ-8 hərbi vertolyotunun vurulması zamanı 9 nəfər həlak
olmuşdu.
"Cinayət hadisəsini "Tufan" ləqəbli döyüşçünün rəhbərliyi altında
terrorçu qrup icra edib. "Tufan" 1979-cu il təvəllüdlü Ukrayna
vətəndaşı Pavel Kartçevdir", - deyə Ukrayna təhlükəsizlik
xidmətinin mətbuat mərkəzinin xəbərində deyilir. Onu cinayət
yoldaşıyla birlikdə Donetsk bölgəsinin Drujovka şəhərində həbs
ediblər.
"Kartçev ilkin dindirilmə zamanı anti terror qüvvələrinə qarşı
diversiya tapşırıqlarını Rusiya diversantı İqor Qirkin (Strelkov)
göstərişi ilə etdiyini bildirib", - Ukrayna təhlükəsizlik xidməti
əlavə edib.
Qeyd edək ki, 24 iyunda Slavyansk yaxınlığında Karaçun dağı
yaxınlığında Ukrayna Silahlı Qüvələrinə məxsus Mİ-8 hərbi
vertolyotunun separatçılar tərəfindən vurulması zamanı 9 Ukrayna
hərbicisi həlak olmuşdu.