Azərbaycanlı Ukraynada prokuror oldu

13 İyul 2014 22:05 (UTC+04:00)
Ukraynanın Odessa şəhərinə azərbaycanlı prokuror təyin edilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna baş prokuroru əmr imzalayıb. Bu vəzifəyə Odessanın Primorskva rayon prokurorunun müavini Gündüz Aydın oğlu Məmmədov təyin edilib.

Qeyd edək ki, Gündüz Məmmədov 26 oktyabr 1974-cü ildə Gəncədə anadan olub. O, Ukraynada Prokurorluq orqanlarında müxtəlif vəzifələri tutub. Hüquq elmləri namizədi olan azərbaycanlı prokuror Ukraynanın ədliyyəsinin baş məsləhətçisidir.

Xatırladaq ki, Gündüz Məmmədovdan əvvəl bu postu Vitali Qoloşak tutub.