Türkiyədə Suriyaya qarşı aksiya

14 İyul 2014 10:45 (UTC+04:00)

Türkiyənin Kahramanmaraş şəhərində bir qrup yerli sakinin Suriyalı qaçqınlara qarşı etiraz aksiyası keçirib. 


Şəhər mərkəzində toplanan nümayişçilər Suriyalıların vətənlərinə qayıtmasını tələb edib. Axşam saatlarına kimi böyüyən nümayiş polis xəbərdarlığına baxmayaraq dağılmayıb.  Gərginliyin qarşısını almaq üçün polis təzyiqli sudan istifadə edib. Aksiya keçirilən yerə əlavə qüvvə olaraq hərbçilər göndərilib. Aksiya zamanı bəzi dəstələr Suriyalılara məxsus ticarət və xidmət obyektlərinə ziyan vurub. 

Polis 2 aksiyaçını saxlayıb.