İmtahanın nəticələri bu gün açıqlanacaq

14 İyul 2014 11:54 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün qəbul imtahanı keçirib. Movqe.az-ın məlumatına görə, imtahanın nəticələrinin bu gün açıqlanacağı gözlənilir. Nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın rəsmi internet səhifəsində veriləcək.