Gürcüstan prezidenti deyir ki, Strasburqda Avropa parlamentidə
müxalifət koalisiyası "Qruzinskaya meçta"nın təklifi ilə
Gürcüstanda vəziyyətə dair keçirilən debatlarda müxalifətçilərin
"analarını ağladıblar". "Onların analarını ağladıblar. Saakaşvili
bir neçə dəfə bu ifadəni təkrar edib.
"Maesto" telekanalı da bütün bu deyilənləri olduğu kimi efirə
verib. Debatlarda iştirak edən parlamentin deputatı, Respublika
partiyasından Tina Xidaşeli ölkənin birinci simasının bu cür
terminologiyadan istifadə etməsini "biabırçılıq" adlandırıb və
Saakaşvilini tamamilə yalan danışmaqda ittiham edib.
Tina Xidaşvili bildirib ki, debatlarda gürcü səfirləri və
lobbiçilərin səylərinə baxmayaraq iştirakçıların böyük əksəriyyəti
parlamentdə oktyabr seçkiləri öncəsi gürcü demokratiyasının
problemlərindən danışırdılar.