Ağrının psixoloji müalicəsi

14 İyul 2014 13:02 (UTC+04:00)

Günümüzdə elə psixoloji üsullar var ki, insanlarda olan ağrını, hirs və kədəri, depressiya hallarını qısa müddətdə müalicə edir. 

Psixoloji müalicə daha çox dərəcəsi yüksək səviyyələrdə olan fizioloji stressi aradan qaldırmağa təsirlidir. 

Bunun sayəsində yaranan şiddətli baş ağrıları azalır və insan özünü daha xoşbəxt hiss edir.

Ağrıya istiqamətli psixoloji müalicədə stress səviyyəsini idarə etmək, rahatlamağa vaxt ayırmaq, konsultasiyalarda iştirak etmək, ağrı ilə başa çıxmağa istiqamətli bacarıqlara yiyələnmək və digər sadə üsullar da təsirlidir.

Danışma müalicəsində (konsultasiyada) psixoloq dəstəyi və məsləhətləşmə xidməti alınır.

Həmin konsultasiyalarda iştirak edən insanlar daha çox mənəvi saflaşmağa meyilli olurlar.

Lakin rahatlamağa üstünlük verən xəstələrdə isə fiziki cəhətdən ağrılar nisbətən az olur.

Məlumatda oda bildirilir ki, stress hallarının olması ağrını daha da pisləşdirir. Bu baxımdan depressiyanı yox edən üsullardan faydalanmaq lazımdır.

Həmçinin psixoloji müalicə ilə yanaşı zərərli işləri tərgitmək, faydalı işlərlə məşğul olmaq, sağlamlıqla əlaqədar lazımi prosedurları bilmək və ona riayət etmək, boş vaxtlarda idmana vaxt ayırmaq lazımdır.

Ağrıyla başa çıxmağa istiqamətli bacarıqların qazandırılması isə həyat keyfiyyətini ciddi ölçüdə artırmağa kömək edir.