Aygün Kazımova çimərlik geyimində - video

14 İyul 2014 14:00 (UTC+04:00)

Hazırda Türkiyədə olan xalq artisti Aygün Kazımova uzun fasilədən sonra ilk dəfə "Onlar"da görünüb.


Axşam.az-ın məlumatına görə, müğənni qardaş ölkədən göndərdiyi yeni videosunda oradakı günlərini lentə alıb. Çimərlik geyimində görüntülənən A.Kazımova daha sonra tennis oynayıb. Xalq atisti tezliklə fərqli imicdə görünəcəyini bildirib:

"Bütün bunlar yeni imicimin başlanğıcıdır. Gördükləriniz hər şeyin on faizidir. Dörd həftədən sonra hər kəsi təəccübləndirəcək bir görünüşdə olacam. Məni hələ heç kim belə görməyib".