Zaqatalada bədbəxt hadisə: 74 yaşlı qadın ağacdan yıxılıb öldü

14 İyul 2014 13:46 (UTC+04:00)

Zaqatalada armud ağacına çıxan 74 yaşlı qadın yıxılaraq ölüb. 


Rayon polis şöbəsindən anspress-ə verilən məlumata görə, hadisə iyulun 12-də Zaqatala rayonunun Əliabad kəndində baş verib.


Belə ki, səhər saatlarında 1940-cı il təvəllüdlü Gözəl Vəliyeva armud ağacından yıxılıb. Qadının bütün qabırğaları sınıb və kəllə-beyin travması alıb. Yaşlı qadını xəstəxanaya aparıblar. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.


Qeyd edək ki, həftənin şənbə günləri Əliabad qəsəbəsində kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilir. Gözəl Vəliyeva da bazarda satmağa armud aparmaq istəyib. QAynana gəlini ilə ağaca çıxıb. Yaşlı qadın ehtiyatsızlıqdan yıxılıb.


Faktla bağlı araşdırma aparılır.