"Bakı Metropoliteni” işçi axtarır

14 İyul 2014 17:19 (UTC+04:00)

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Hərəkət Xidmətinə baş xəzinədar, xəzinədar və avtomatik buraxılış məntəqələrinin nəzarətçisi peşələri üzrə işə qəbul elan edib. Qurumun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, işə qəbulun tələbləri  aşağıdakılardır.

Tələblər;

·Yaş: 25 – 45

· Təhsili:

o   Orta təhsil

o   Orta ixtisas və ali təhsili olanlara üstünlük verilir (İqtisadi sahələr üzrə)

· Dil bilikləri:

o   Azərbaycan dili – Əla

o   Rus dili bilənlərə üstünlük verilir  

·        İş yeri: Bakı şəhəri.

İş Haqqında qısa məlumat;

1.İş qrafiki: 12 saatlıq iş qrafiki tətbiq olunur. İşçi əmək fəaliyyətinə səhər saat 08:00-da başlayır və uyğun olaraq axşam saat 20:00 – da işini bitirir. O biri gün isə axşam saat 20:00-dan başlayır səhər saat 08:00 - da işini bitirir. Növbəti İki gün istirahət günü.

2. İşçilərin aylıq əmək haqları: Orta əmək haqqı 250 manat. (Gecə və gündüz növbələrindən asılı olaraq əmək haqqı daha çox ola bilər.)

Məlumat anketlərinizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Məlumat Anketlərinizi göndərərkən; 

· Mövzu yerinə peşənin adını yazın.

· Əvvəlki iş yerlərinizdəki iş öhdəliklərinizi ətraflı qeyd edin.

· Azərbaycan dilində göndərin.