İŞİD daha bir qəsəbəni aldı

14 İyul 2014 18:44 (UTC+04:00)

İraq və Şam İslam Dövləti qruplaşması İraqda daha bir qəsəbəni ələ keçirib. Movqe.az-ın məlumatına görə, terrorçu qruplaşma İraqın Salahaddin vilayətinin Ed-Duluiyyə qəsəbəsində nəzarəti ələ alıb. Məlumata görə, İŞİD silahlıları dünən bütün günboyu qəsəbəyə hücum edib. Qəsəbə uğrunda gedən döyüşlərdə 8 İraq polisi ölüb, 7 polis olmaqla 16 nəfər yaralanıb. Yerli əhali İraq ordusunu qəsəbənin müdafiəsinə kömək etməməkdə qınayıb. Qeyd edək ki, İŞİD İraqın Mosul, Tikrit, Baxibə və Telafer şəhərlərini ələ alıb. Qarşıdurmalar nəticəsində 1 milyon insan qaçqın vəziyyətinə düşüb.