Doğulamayan körpə qəzaya səbəb oldu

6 İyul 2012 17:53 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İsveçrədə, hələ doğulmamış körpə, anası avtomobil sürərkən o qədər güclü bir təpik atıb ki, qəza baş verib. Bu zaman qadın sükanda özünü itirib.

Bazel polisinin verdiyi məlumata görə, Allschvilde baş verən qəzada avtomobil əvvəl yol kənarındakı elektrik qutusuna dəyib, sonra bir bağça divarına çırpılaraq dayana bilib.

Ana və doğulmamış körpəsinin sağlamlığının yaxşı olduğu bildirilib.