Bakıda 3 nəfər liftdə köməksiz vəziyyətdə qaldı

15 İyul 2014 11:07 (UTC+04:00)
Bakıda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.  Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, lift texniki nasazlıq səbəbi ilə 5-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə endirib qapısını açıb və vətəndaşları liftdən çıxmasına şərait yaradıblar.