Bakıda avtomobil oğruları tutuldu

15 İyul 2014 13:45 (UTC+04:00)

Cinayətdə şübhəli bilinən digər şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir

Bakıda vətəndaşların avtomobillərini qaçırmaqla məşğul olan iki nəfər tutulub. 


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi, Təhlükəsiz Şəhər Xidməti və 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri 1991-ci il təvvəllüdlü Rühal Həsənov və Asiman Musayev tutulub.


Araşdırma zamanı müəyyən edilib ki, onlar iyunun 14-nə keçən gecə F.Yusifov küçəsində Ruslan Hüseynova, iyunun 19-na keçən gecə, Ak. H.Əliyev küçəsində Fərhad İsmayılova, iyunun 25-nə keçən gecə, Böyük-Şor qəsəbəsində Fərid Mahmudova, iyulun 2-də Böyük Şor qəsəbəsində Rafail Əsgərova, iyulun 4-nə keçən gecə, Daş Karxanası küçəsində İlham Nəzərova, iyulun 8-də Y.V.Cəmənzəminli küçəsində İlkin Şahmuradova məxsus "VAZ-2107" markalı, iyulun 11-nə keçən gecə isə Böyük Şor qəsəbəsində Gəncəvi Quliyevə məxsus "VAZ-21051" markalı avtomobilləri qaçırıblar.


Cinayətdə şübhəli bilinən digər şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.