Bakıda yol çökdü (FOTO)

15 İyul 2014 15:55 (UTC+04:00)

Bakının Babək prospektində yol çöküb. Çökmə yolun altından keçən su kəmərlərindəki sızma nəticəsində baş verib.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev də bildirib ki, yolun çökməsi ərazidəki su xəttində baş vermiş qəza nəticəsində yaranıb. Lakin artıq problem aradan qaldırılıb: "Ərazidə təmir işlərinin aparılması üçün "Azərsu" ASC tərəfindən texniki şərt alınıb və yolun 35 kv.m hissəsində qazıntı işləri aparılıb. Artıq su xəttində olan problem aradan tam qaldırılıb. Texniki şərt alındığı üçün onlar yəqin ki, asfalt örtüyünü də bərpa edəcəklər".