Ticarət məntəqələrində bitməyən maxinasiya

16 İyul 2014 08:23 (UTC+04:00)

Azərbaycanda xeyli sayda iri ticarət məntəqələri fəaliyyət göstərir ki, burada ən müxtəlif mal və məhsul satışı həyata keçirilir. O da bəllidir ki, belə ticarət məntəqələrində çalışan sahibkarlar həmin məntəqəsinin rəhbərinə konkret müəyyən edilmiş həcmdəicarə haqqı ödəyir. Vaxtaşırı bu ticarət yerlərindəsatış həyata keçirənlər isəicarə haqqının artmasından şikayətlənirlər. Onlar bildirirlər ki, icarə haqqının artması fonunda bu qədər zəhmət çəkmələrinə rəğmən, normal qazanc əldə edəbilmirlər. Belədə satdıqları malın qiymətini qaldırmaq məcburiyyətində qalırlar ki, bu halda da müştərilərini itirmək təhlükəsi ilə üzləşirlər. Digər tərəfdən, maraqlıdır ki, ticarət məntəqələri sahiblərinin aldığı icarə haqqı rəsmi sənədlərdə sahibkarın real olaraq ödədiyindən az miqdarda göstərilir. Bununla həmin obyektlərin sahibləri müəyyən məbləği vergidən də yayındırır. Habelə satış yerləri də rəsmi sənədlərdə olduğundan az göstərilir.Tanınmış mütəxəssis Vahid Məhərrəmovun fikrincə, mövcud bazar iqtisadiyyatı şəraitində ticarət məntəqələrinin icarə haqqını qaldırmasının qarşısını almağın yeganə çıxış yolu belə obyektlərin sayının çox olmasından keçir: "Belə obyektlər sirr deyil ki, müəyyən bir adamların əlindədir. Belə vəziyyətdədə ticarət obyektlərinin sahibləri yaranmış vəziyyətdən sui-istifadə edir. Ticarət əsasən hansı məkanda daha geniş çeşiddə aparılırsa, məhz orada da sistemi qururlar. Müəyyən müddətdən sonra da icarə haqqını artırmağa başlayırlar. Bu isə rəqabət mühitinin zəif olmasından irəli gəlir. Geniş rəqabət olarsa, ticarət obyektində məşğul olanlar digər obyektlərəüz tutar. Amma digər obyektə də üz tutanda onu həmin vəziyyət gözləyir. Çünki, dediyim kimi bu ticarət obyektləri müəyyən adamların əlindədir. Bir sözlə, ticarət obyektləri ilə bağlı seçim imkanı yoxdur. Seçimin olması üçün proses liberal olmalıdır. Ticarətin geniş olduğu məkanda istənilən insan müstəqil şəkildə biznesini quraraq, müştəriləri cəlb edə bilər. Belə halda ticarət obyektinin sahibi də sui-istifadə hallarına yol verə bilməz. Başa düşər ki, ticarətlə məşğul olub ona fayda verən tacirlər digər yolu seçmək məcburiyyətindəqalar. Ticarətlə məşğul olan insanlara istənlən halda geniş seçim verilməlidir. Belə olanda ticarət və icarə haqqı məsələsi də qaydasına düşəcək. Buna adekvat olaraq, ticarət obyektindəki qiymətlər dənormallaşacaq".Ticarət məntəqələrində yer haqlarının yüksək olmasına rəğmən, rəsmi sənədlərdəonun az miqdarda göstərilməsi kimi klassik problemdən xilas olmağın yeganə yolunu da həmsöhbətimiz seçim imkanlarının geniş olmasında görür: "Bu gün birmənalı olaraq, ikili ucot kimi problemin qarşısını almaq mümkün deyil. Ancaq bunu mümkün etmək də asandır. Ticarət obyektlərinin sahibləri şəffaf olmalıdır. Xidmətə, vergiyə, işçilərə ödənilən vəsaitlər, qazanc məsələsi dəaydın olmalıdır. Proses şəffaf olarsa, bu məsələdəproblem də olmaz. Ancaq bütün hallarda şişirtməyə qəsdən yol verilməsi, işçilərin əmək haqqısının süni olaraq artırılması, xərclərin qəsdən çoxaldılması da baş verə bilər. İstənilən halda insanlara geniş seçim imkanı yaratmaq, insanlara sərbəstlik verməklə problemin qaydasına düşməsinə nail olmaq mümkündür. Digər hallarda isə proses şəffaf olmayaraq qalacaq".İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bazyramov isə qeyd edir: "Baxmayaraq ki, Azərbaycanda ofis və ticarət mağazalarının icarəyə verilməsi ilə bağlı orta göstəricilər müəyyənləşib, buna rəğmən, həmin orta göstərici praktik olaraq ticarət mərkəzlərinətətbiq edilmir. Ona görə də ticarət mərkəzləri daha yuxarı qiymətəyer təklif etsə də, icarəmüqaviləsində daha aşağı həddi qeyd edirlər. Bu da vergidən yayınmağa, daha az vergi ödəməyəhesablanıb. Bu halların qarşısını almaq üçün ilk öncə şəhər mərkəzindəki böyük ticarət mərkəzlərinin əmsalları müəyyənləşməlidir. Praktik olaraq, belə əmsallar müəyyənləşdirilə bilər və bu mümkündür. Onun baş verməsi imkan verəcək ki, ticarət obyektlərinin hansı qiyməti müəyyənləşdirməsindən asılı olmayaraq, sözügedən əmsallar daxilində vergini ödəsinlər. Bu eyni zamanda, imkan verəcək ki, ticarət obyektləri vergidən yayınmasın. Vergidən yayınmadıqda da, icarə haqlarını dəqiq rəqəmlərləgöstərmək məcburiyyətində qalacaqlar. Ticarət obyeklərinə özəl olduqlarından, dövlət müdaxiləsi mümkün deyil. Dövlət burada qiymətləri müəyyən edə bilməz. Bu halda daha məqsədəuyğundur ki, icarəhaqlarının aşağı göstərilməsi ilə bağlı cəzalar artırılsın. Həmin hal da ticarət obyektlərini müqavilələrdə qiymətin icarə haqqına uyğun olaraq daha doğru göstərmələrinə məcbur edəcək. Yəni həm əmsalların tətbiqi, həm də inzibati yolla ticarət obyektlərini icarə haqqı üzrə satış qiymətlərini düzgün göstərməyə sövq etmək mümkündür. Lakin özəl subyekt olduqlarından bu istiqamətdə onlarla təzyiq metodu ilə danışmaq mümkün deyil".