" Eurovision -2012" -nin qalibi Lorinin şok açıqlamaları

6 İyul 2012 18:51 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Azərbaycanda keçirilən" Eurovision -2012" -nin qalibi İsveç təmsilçisi Lorin qələbə qazandıqdan sonra kifayət qədər məşhurluq qazanıb. Onun mahnısı 18-dən çox Avropa ölkələri tərəfindən səsləndirilir. 8 il əvvəl Lorin İsvecdəki " Ulduz Fabriki", "  Idol "şoularında iştirak etmişdi. Lakin arada  Lorin şou-biznesi tərk etmişdi və səhnəyə geri dönəndə onu heç kim tanımamışdı. 

Lorin ona ünvanlanan sualları cavabsız qoymayıb.

1) Uşaqlığınızda necə olmusunuz?

Mənim valideynlərim barbar qəbiləsindəndir və Şimali Marokkada yaşayırlar. Mən balaca olanda tez-tez nənəmgilə gedirdim və orada uşaqlarla oynayırdıq, mahnı oxuyurduq.


2) Musiqidən başqa nə ilə maraqlanırsınız?

Mən yoqa ilə məşğul oluram. Təkliyi sevirəm, bu xüsusiyyət məndə uşaqlıqdan var. Mən hətta qaranlıq hamamda saatlarla otura bilərəm. Əvvəl mənə daha rahat idi, ancaq " Eurovision -2012" -dən sonra tək qala bilmirəm. Elə olur günüm təyyarələrdə keçir, ətrafımda çoxlu insanlar olur. İndi başa düşürəm ki, bu hələ bir müddət belə davam edəcək. 


3) Deyirlər, Bakıda ilk günlərdən qələbə qazanacağınıza inanırdınız.Bu belədir?

Bir az gülümsəyən Lorin deyib ki: " mən əmin deyildim".O günlər mənim indiyə qədər keçirdiyim ən qəribə günlərim idi. Əsas da final mənə yuxu kimi gəlirdi. Lorin bir az gülümsəyir....və deyir: "O gün  inanılmaz bir gün idi ".


4) Siz  "Buranova Nənələri"nin xoşuma gəlmisiniz?

Elə mən də nənələri çox bəyənmişəm, mehribandırlar. Nənələr mənə özlərinin hazırladığı suvenir bağışlamışdılar.


5) Bu sizin öz saçlarınızdır yoxsa parikdir? 

Bu böyük sirrdir. Yaxşı sizə düzünü deyim.Saçlarım qaynaqdır.


6)Sizin doğulduğunuz  Marokkada islam dinidir. Hansı dinə üstünlük verirsiniz?

Mən heç bir dinə sitayiş etmirəm. Bilirsiniz, mən axırıncı dəfə Marokkada olanda 13 yaşlı xalamqızını 40 yaşlı kişiyə ərər vermişdilər.Bu aqibət məni də gözləyə bilərdi əgər İsveçə köçməsəydik.


7)Siz indi sevirsinizmi?

Xeyr, əsl subayam.Amma sevmək gözəl hissdir. Hal-hazırda ürəyim boşdur. "  Idol "şousunda iştirak zamanı Daniel Lindstrom adında İsveçli  bir oğlanı sevirdim. Münasibətimiz 3 il davam etdi və biz birlikdə yaşayırdıq. Lakin dost kimi ayrıldıq.


8) Siz nə vaxtsa qadına qarşı sevgi hissləri keçirmisiniz?

Bir az susan Lorin..........Mən belə cavab verim ki, amma heç vaxt da buna pis baxmamışam. İstədiyin bir şeyi etməməyə axmaqlıq kimi baxıram. İnsan özünü sərbəst hiss etməlidir. Ürəyiniz istəyəni edin.Mən tez-tez cinsi azlıqlara konsert verirəm və onlar mənim yaradıcılığıma dəstək verirlər , bəyənirlər. 

Müsahibə zamanı Lorin biseksual olduğunu gizlətmədi.