İsrail ordusu Qəzzanı qana boyadı

15 İyul 2014 19:15 (UTC+04:00)

İsrail ordusu Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.Movqe.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu gün tərəflər arasında atəşkəs imzalandığı bildirilsə də, İsrail ordusu Qəzzaya hava və raket zərbələri endirməyə davam edir.Son məlumatlara görə, HƏMAS İsrailin Aşdod kəndinə 8 "Qrad" tipli raket atıb. Bundan sonra İsrail ordusu hərəkətə keçib. Tərəflərin itkiləri barədə hər hansı bir məlumat yoxdur.