Nazirliyinin daha bir xidməti elektronlaşdırıldı

16 İyul 2014 11:50 (UTC+04:00)

Vətəndaşlar CDMA simsiz rabitə xidməti şəbəkəsinə qoşulmaq üçün elektron qaydada müraciət edə biləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) elektronlaşdırılan xidmətlərinin siyahısına yenisi əlavə edilib. Bu haqda Movqe.az nazirliyə istinadən məlumat verir. 

Yeni elektronlaşdırılan "CDMA şəbəkəsinə qoşulma" xidməti "Elektron hökumət" portalı üzərindən təqdim olunacaq. Sözügedən xidmət vasitəsilə vətəndaşlara CDMA simsiz rabitə xidməti şəbəkəsinə qoşulma üçün elektron qaydada rahat və asan şəkildə müraciət etmək imkanı yaradılıb.

Bununla da RYTN-in "Elektron hökumət" portalına inteqrasiya olunan elektron xidmətlərinin sayı 34-ə çatdırılıb.