Bakının bir neçə küçəsində hərəkət məhdudlaşdırılacaq

16 İyul 2014 18:09 (UTC+04:00)

Bakının bir neçə küçəsində hərəkət məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Movqe.az-a  verilən məlumata görə, "Azəryolservis" ASC-dən bildiriblər ki, yolda üfüqi nişanlanma (xətlənmə) işlərinin aparılması məqsədilə bu gün saat 22:00-dan etibarən paytaxtın İstiqlaliyyət, Əziz Əliyev, Azərbaycan və Füzuli küçələrində (Füzuli meydanı) nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.