Azərbaycanda “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər qüvvəyə minib

7 İyul 2012 11:56 (UTC+04:00)
APA-nın məlumatına görə, qanuna əlavə edilmiş maddəyə əsasən, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

Qeyd edək ki, "İnformasiya əldə etmək haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun Milli Məclisin bu il iyunun 12-də keçirilmiş iclasında qəbul edilib.