Rusiya Dövlət Dumasının sədri bu gün Azərbaycana gəlir
7 İyul 2012 18:02 (UTC+04:00)
Bu gün Rusiya
Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana
səfərə gəlir.
APA-nın "RİA Novosti"yə istinadən
verdiyi məlumata görə, səfər zamanı parlamentlərarası əlaqələrin
inkişafı müzakirə olunacaq.
İyulun 9-na qədər davam edəcək səfər sırasında S. Narışkin
Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay
Əsədov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə
görüşəcək.
Qonağın Heydər Əliyev Fonduna baş çəkməsi, Bakı Slavyan
Universitetində çıxışı və Moskva Dövlət Universitetinin Bakı
filialının məzunlarına diplomlarını təqdim etməsi də nəzərdə
tutulub.