2030-cu ilədək QİÇS xəstəliyinin yayılmasını dayandırmaq olar

17 İyul 2014 12:29 (UTC+04:00)

2030-cu ilədək QİÇS xəstəliyinin yayılmasının qarşısını almaq olar. Movqe.az məlumatına görə, bu haqda BMT-nin İİV-QİÇS üzrə proqramının yeni hesabatında deyilir. Sənəddə qeyd olunur ki, bu gün dünyada virusa yoluxmuş 35 milyon insandan 19 milyon nəfər öz xəstəliyi haqqında məlumatsızdır.  2014-cü ilin iyulunda 13,9 milyon adam xəstəliklə əlaqədar müalicə imkanı əldə edib. Bildirilir ki, əgər xidmətlər miqyasının genişləndirilməsi templəri artan xətlə davam etsə, 2030-cu ilədək QİÇS xəstəliyinin yayılmasının qarşısını almaq mümkün olacaq.