Səhiyyədə çalışanlara “Əməkdar tibb işçisi” adı veriləcək
7 İyul 2012 18:41 (UTC+04:00)
Prezident İlham Əliyev səhiyyə sahəsində işçilərin
əməyini qiymətləndirmək məqsədi ilə Azərbaycan Respublikasının
"Əməkdar tibb işçisi" fəxri adının təsis edilməsi haqqında fərman
imzalayıb.
Fərmana əsasən, "Əməkdar tibb işçisi" fəxri adı
yüksək peşəkarlığına görə müalicə-profilaktika, əczaçılıq,
sanitariya, sanatoriya-kurort, elmi-tədqiqat və digər səhiyyə
müəssisələrində tibb məntəqəsinin müdiri, tibb bacısı, feldşer,
mama, diş texniki, rentgen texniki, laborant, feldşer-laborant,
anestezist, instruktor-dezinfektor, sanitar-feldşer, həkim
köməkçisi, entomoloq köməkçisi, tibbi statistik, tibb
qeydiyyatçısı, müalicə-bədən tərbiyəsi üzrə instruktor və əczaçı
vəzifələrində çalışan işçilərə səhiyyə sahəsində azı iyirmi il
işlədikdə verilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Azərbaycan Respublikasının "Əməkdar tibb işçisi" fəxri adının döş
nişanı və vəsiqəsinin hazırlanmasına olan tələbat, Azərbaycan
Respublikasının "Əməkdar tibb işçisi" fəxri adının döş nişanının
təsviri və eskizi barədə təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.