Aygünlə Röya yarışacaq !

18 İyul 2014 14:55 (UTC+04:00)

Türkiyənin tanınmış "TMB TV" kanalında yayımlanan "Pərəstişkarların savaşı" ("Fan savaşları") yarışmasının budəfəki hədəfi xalq artisti Aygün Kazımova və müğənni Röya Ayxan olub.

 

Axşam.az-ın məlumatına görə, tanınmış ifaçıların fanatlarını üz-üzə qoyan yarışmada hər iki sənətçinin fotoları telekanalın rəsmi internet və "Facebook" səhifələrində paylaşılaraq Azərbaycanın iki önəmli qadın ifaçısının qarşı-qarşıya gələcəyi yazılıb. 


Yarışmanın qaydalarına əsasən, pərəstişkarları sosial şəbəkədə sevdikləri müğənninin adını yazaraq ona səs verirlər. Ən çox səs toplayan ifaçı və fanatları qalib hesab edilir. Qələbə qazanan sənətçinin mahnıları və klipləri isə gün ərzində adıçəkilən kanalda nümayiş edilir.


Qeyd edək ki, "Pərəstişkarların savaşı" həftənin çərşənbə axşamı, cümə axşamı və cümə günü Bakı vaxtı ilə saat 19:30-la 20:30 arasında yayımlanır. A.Kazımova və R.Ayxanın sevənləri arasındakı "savaş" bu gün başlayıb. Nəticə saat 19:30-da sözügedən kanalda elan olunacaq.