“Rəqsanədə də, Aygün Kazımovanın özündə də çox uğursuz əməliyyatlar oldu”

18 İyul 2014 16:16 (UTC+04:00)

Mətanət Əliverdiyeva bu dəfə plastik əməliyyata üz tutan yerli məşhurlardan danışdı.

Gecce.az xəbər verir ki, "Gündəlik" verlişində bu dəfə aparıcı Mətanət Əliverdiyeva "bıçaq altına" düşən yerli məşhurlardan danışıb. Aparıcı xanım bu dəfə isə uğursuz plastik əməliyyat elətdirən yerli məşhurların adını çəkib:

 

"Bizim müğənnilər arasında ən çox plastic əməliyyat elətdirən Aygün Kazımova və Rəqsanəni deyə bilərəm. Yazıqlar canlarını qoydu. Rəqsanədə də, Aygün Kazımovanın özündə də çox uğursuz əməliyyatlar oldu. Yazıqlar hələ dedilər ki, "Vay! Nə günə düşdük". Amma son anda istədiklərinə nail oldular deyəsən. Hələ ki, "stop" deyiblər. Mən onları qınamıram. Çox çətin prosedurlardır. Bıçağın altına girirlər. Amma buna dəyər".