Nazir Ukraynada vurulan təyyarənin sərnişinləri arasında olub

18 İyul 2014 16:59 (UTC+04:00)
Malayziyanın baş naziri Nəcib Tun Razakın nənəsi Puan Şri Siti Amira Ukrayna səmasında vurulan "Boeing-777" təyyarəsinin sərnişinləri arasında olub. Bu barədə Malayziyanın "The Star" qəzetinə ailənin üzvü Datin Farid Abdulla məlumat verib. O bildirib ki, 83 yaşlı Siti Amira Amsterdama ilk nikahdan olan qızının yanına gedibmiş. Hazırkı baş nazirin babası isə qadının ikinci həyat yoldaşı olub. apa.az