Stadionlar ev kimi istifadə oluna bilər

18 İyul 2014 17:20 (UTC+04:00)

Braziliyada əhalinin sıxlığı səbəbindən yaşayış yeri məhduddur. Bununla əlaqədar "Casa Futebol" layihəsi hazırlanıb. Layihənin müəllifləri yaşayış icmalarının stadion konstruksiyalarında yerləşdirilməsini təklif edirlər. Bu cür "evlər" stadionun fasadını möhkəmləndirəcək. Onlar futbol meydançasına və əks tərəfə baxmaqla 100 kv.m sahəni tutacaq.


Qeyd edək ki, Braziliyada gecəqonduların sayı digər ölkələrə nisbətən daha çoxdur. Eləcə də bir sıra böyük şəhərlərdə əhalinin sıxlığı da böyükdür.