Sabah bayraq endiriləcək

18 İyul 2014 17:31 (UTC+04:00)

Sabahdan etibarən Bakıda, Dövlət Bayraq Meydanında bayrağımız endiriləcək.

 

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən, sabah günorta saatlarından Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı hava sabitləşənədək endiriləcək.

 

Qeyd edək ki, ötən ayın 22-də Bakıda küləyin güclənməsi nəticəsində dövlət bayrağı cırılmışdı.