"Sovetski"də 686 ev sökülüb
18 İyul 2014 17:45 (UTC+04:00)
"Sovetskidə bu gün artıq 3450 yaşayış və qeyri yaşayış sahəsində
ölçmə işləri aparılıb".
Bunu ANS PRESS-ə açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində
yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.
İcra başçısının müavini 2 min "sovetsiki" sakininin isə alqı-satqı
işləri ilə bağlı Komissiyaya müraciət etdiyini deyib.
"1506 mülkiyyət sahibi ilə razılaşma protokolu imzalanıb. 1384
sakininin bankdakı hesabına artıq pullar köçürülüb".
Səməd İslamov qeyd edib ki, "Sovetski" adlanan ərazidə artıq 686
mənzil və qeyri yaşayış sahəsi sökülüb:
"Evlərinin satılması ilə bağlı müraciət edən insanların sayı artıb.
İlin əvvəlində insanların müəyyən tərəddüdləri var idi. Artıq
vətəndaşlar onlar üçün hər cür şəraitin yaradıldığını gördülər.
Vətəndaşların öz iştirakı ilə ölçmə işləri aparılır. Onların
narazılığı olan halda yenidən ölçmə işləri aparılır. Bütün
məsələlər aydın olduqdan sonra protokollar imzalanır"