Bayrağımız yenə endiriləcək

18 İyul 2014 18:14 (UTC+04:00)

Dövlət Bayrağı Meydanındakı Azərbaycan bayrağı endiriləcək. Bu barədə Movqe.az-a Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən, iyulun 19-da günorta saatlarından Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı hava sabitləşənədək endiriləcək.