Türkiyə yenə silkələndi

19 İyul 2014 12:00 (UTC+04:00)
Türkiyənin İzmir şəhərində yenə zəlzələ meydana gəlib.

Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, ötən gün Bakı vaxtı ilə 00:45-01:30 radələri ərzində İzmirin Urla rayonunda üç dəfə yeraltı təkan olub.

Saat 00:45-də 2,4 bal, 00:51-də 2,3 bal, 01:30-da isə 2,6 bal gücündə zəlzələ baş verib. Təkanlar izmirin mərkəz hissələrində hiss edilib.

Bu gün səhər saatlarında isə Vanda 4,1 bal gücündə zəlzələ baş verib.

Hadisə nəticəsində dağıntılar qeydə alınmayıb.

Xatırladaq ki, ötən gün səhər saatlarında da İzmirin Urla rayonunda zəlzələ qeydə alınmış, zəlzələnin gücü 4,0 bal olmuşdu. Son bir neçə həftədir ki, Egey bölgəsində seysmik fəallıq nəzərə çarpır.