Elton Con pensiyaya çıxır

19 İyul 2014 13:23 (UTC+04:00)
Fransada hər il olduğu kimi ənənəvi olaraq musiqi festivalı keçirilir.

Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, gecənin xüsisi qonağı olaraq bu dəfə dünya ulduzu Elton Con səhnəyə çıxıb. Bir birinin ardınca sevilən mahnılarını səsləndirən, pianoda ifa edən Con pərəstişkarlarına maraqlı açıqlamalar da verib: "Şou və musiqinin sonu gəldi. Təqaüdə çıxıram. Artıq 3-cü dəfədir ki, səhnədən uzaqlaşmaq istəyirəm. Bundan sonra vaxtımı həyat yoldaşım, iki oğlum Zakari və İlay ilə keçirmək istəyirəm"-deyərək hər kəsi şoka salıb.

Konsertin sonunda jurnalistlərin suallarını cavablandırmayan ifaçı daha da çox maraq oyadıb. Elton Conun meneceri ilə əlaqə quran müxbirlər onun sözlərini belə çatdırıblar: "67 yaşlı ulduz sizinlə zarafat edib. İfaçının Avropa və Amerikada keçiriləcək konsertləri planlaşdırılıb. Elton sevənləri ilə zarafat etməyi sevir".