İt İrandan gələn avtobusdan heroin tapdı
19 İyul 2014 15:17 (UTC+04:00)
Sərnişin avtobusundan heroin aşkarlanıb.
Movqe.az-ın Dövlət Gömrük Komitəsinə istinadla verdiyi məlumata
görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda
İrandan Azərbaycana gələn İran vətəndaşı Hamdanı Ghoujehbıglou
Sıamak Akbar oğlunun idarə etdiyi "Scania" markalı sərnişin
avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı,
xidməti itin reaksiyasına əsasən oturacaqlardan birində, bir ədəd
bükümdə xalis çəkisi 19,667 qram olan narkotik vasitə - heroin
aşkar edilib.
Adı çəkilən sürücü şifahi izahatında bildirib ki, həmin maddə ona
məxsus deyil, məsələdən xəbərsizdir və həmin maddənin aşkar
edildiyi oturacaqda sərnişin Mahmud Vəliyev əyləşib. Sürücü qeyd
edib k, sərnişin özünü şübhəli aparırmış.
Bundan sonra M.Vəliyev bir ədəd bükümdə olan narkotik vasitənin ona
məxsus olduğunu və özünün gizlətdiyini etiraf edib.