İsrail ordusu daha 4 fələstinli uşağı öldürdü
19 İyul 2014 20:00 (UTC+04:00)
İsrail ordusu Qəzzanın şərqini atəşə
tutub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
İsrail artilleriyasının fələstinlilərin yaşadığı evlərə atdığı
mərmilər nəticəsində 4 azyaşlı uşaq ölüb, 10 nəfər isə
yaralanıb.
Hadisə şahidlərinin məlumatına görə, bu, son
günlərin ən böyük hərbi əməliyyatı olub. Fələstinlilərin yaşadığı
xeyli evin dağıldığı bildirilir.
Qeyd edək ki, İsrailin Qəzza zolağında həyata
keçirdiyi hərbi əməliyyatlar 275 fələstinlinin həyatının itirməsi
ilə nəticələnib. Yaralı sayı isə 2 min civarındadır.