Göyçayda ev yandı

19 İyul 2014 21:00 (UTC+04:00)
Göyçay rayonunda ev yanıb.

Movqe.az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, hadisə rayon mərkəzindən 7 km aralıda yerləşən Qarabaqqal kəndində baş verib.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.