İsarilin Təhlükəsizlik Mükafatı laureatı Mordexay (Moti) Şefer
hesab edir ki, İsrail ordusunun "Dəmir Dəbilqə" raketdən müdafiə
sistemində heç bir faydası olmadığını və onun raketlərin qarşısı
aldığı xəbərlərinin yalan olduğunu deyir. Movqe.az ANS PRESS-ə
istinadən xəbər verir ki, o, raketlərin göydə vurulmasını uydurma
adlandırıb. Moti bununla İsraili bütün dünyanı yalana sövq etmə
vəzifəsini daşıdığını qeyd edib.
Müdafiə sektorunda bir layihəçi- mühəndis kimi çalışan Şefer hesab
edir ki, "Sarsılmaz qaya" əməliyyatı günlərində "Dəmir Dəbilqə"
haqqında skeptisizmin daha da artıb. Onun sözlərinə görə, Qəzzadan
atılan qüsurlu raketlər özləri havada partlayır və yalnız adi
insanlar bunu İsrail Raketdən Müdafiə Sisteminin uğuru hesab edə
bilər.
Mordexay Şefer "Dəmir Dəbilqə"ni ziyanı xeyrindən çox olan
psixoloji silah adlandırır. "O ki, qaldı raketlərin atılması zamanı
itkinin olmamasına, burфda hər bir israillinin evində qurulan
sığınacaq otaqlarının rolu var. Bundan əlavə yalnız 5 faiz fələstin
raketi real zərər verməyə qadirdir. Bu da raketin məhz hansısa evin
və ya avtomobilin və ya insanın birbaşa üstünə düşdüyü təqdirdə baş
verə bilər" - deyə Şeffer bütün stereotipləri məhv edir.
Qeyd edək ki, İsrail Ordusunun mətbuat xidmətinin məlumatına görə,
"Dəmir Dəbilqə" Həmas tərəfindən atılan 600-dən çox raketin 149-nun
qarşısını alıb və atəşlərin səmərəliliyinin 90 faizə doğru artması
müşahidə olunur.