Dünyanı bu bəladan pişiklər xilas edəcək
20 İyul 2014 12:00 (UTC+04:00)
Toksoplazmoz adlı bir xəstəlik onkoloji xəstənin sağalmasına yardım
olur.Movqe.az Milli.az-a istinadən xəbər verir ki , Mütəxəssislər
bu virusun əsasında yaradılmış preparatı xəstənin hüceyrələrinə
yeritməyi düşünürlər. Sonra əldə edilmiş peyvəndi xərçənglə
mübarizə məqsədi ilə vuracaqlar. Hər bir peyvənd şəxslər üçün
individual olaraq hazırlanacaq.
Toksoplazmoz xəstəliyini adətən aşkar etmək çətin olur. Bir çox
simptomlarına görə qripə bənzəyir. Lakin immun zəifliyi zamanı ölüm
kimi ciddi nəticələrə də gətirib çıxara bilir. Digər tərəfdən isə
toksoplazmoz xərçəngin sağaldılması üçün faydalıdır.
Dünya əhalisinin 65%-i toksoplazma daşıyıcısıdır. Bəzi ölkələrdə bu
xəstəliyin sayı digərlərindən daha çoxdur.
Bəs pişiklərin nə dəxli? Məlum olub ki, toksoplazmoz xəstəliyi bu
balaca və sevimli heyvanlar vasitəsi ilə keçir.
Alimlər aşkar ediblər ki, orqanizmə toksoplazma düşən zaman immun
sistemi hərəkətə keçir və T-killer kimi sitotoksiki hüceyrələr
istehsal etməyə başlayır. Bu hüceyrələr parazitlərə yoluxmuş
bölgələri və xərçəng hüceyrələrini məhv edir. Xərçəng yaranan zaman
orqanizmin funksiyaları nəzərə çarpacaq dərəcədə azalır. Bədəndə
toksoplazmoz peyda olan kimi isə immun sistemi aktivləşməyə
başlayır. Mutant parazit ummun sisteminə impuls verir və
hüceyrələri xərçəngə qarşı mübarizə istiqamətində proqramlaşdırır.