İlham Əliyev Sergey Narışkin və Mixail Şvıdkoyun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

8 İyul 2012 18:26 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Sergey Narışkinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, S. Narışkin Azərbaycanın Rusiya ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif olunub. 
Azərbaycan prezidenti İ. Əliyev Mixail Şvıdkoyun da "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. M. Şvıdkoy Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif edilib.