Ağır yol qəzası: 43 ölü

20 İyul 2014 16:03 (UTC+04:00)
Çində ağır yol qəzası baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Çinin cənubundakı Hunan əyalətində avtobusun yanacaq daşıyan maşınla toqquşması nəticəsində meydana gələn qəzada 43 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Hadisə ötən gün Şanxay-Kunminq avto-magistralının Şaohay ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı avtobusun içərisində 53 nəfər sərnişin var imiş. Toqquşmadan sonra yanacaq daşıyan maşında partlayışın yaranması ətrafda olan 5 maşına da zərər vurub. Yanğın qarşısını 5 saat içərisində almaq mümkün olub.