Qəzzadakı jurnalistlərə şok mesaj
20 İyul 2014 16:15 (UTC+04:00)
İsrail mətbuat ofisi Qəzzada olan bütün jurnalistlərə elektron
məktubla xəbərdarlıq göndərib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, elektron məktubda
Qəzzanın heç bir nöqtəsinin etibarlı olmadığı, jurnalistlərin Həmas
tərəfindən qalxan olaraq istifadə edildiyi, bölgədə jurnalistlik
fəaliyyəti ilə məşğul olmağın həyati risk daşıdığını və başlarına
gələn hər hansı bir hadisəyə İsrailin məsul olmayacağı ifadə
edilib. Bu səbəbdən jurnalistlərin dərhal Qəzzanı tərk etmələri
istənilib.
Qeyd edək ki, İsrail mətbuat ofisi ilk dəfədir bu tərz bir
məlumatla jurnalistlərə müraciət edir.