14 İsrail əsgəri öldürülüb

20 İyul 2014 17:10 (UTC+04:00)
İsrail-Fələstin qarşıdurması səngimək bilmir.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, iki həftədir davam edən qanlı qarşıdurmada HƏMAS müqavimət hərakatının hərbi qolu "İzzəddin əl-Qəssam" briqadası İsrail əsgərlərini iki yerdə pusquya salaraq, 14 yəhudi əsgərini öldürdüyünü açıqlayıb.

İsrail ordusu isə bir zabit və iki əsgərlərinin HƏMAS qüvvələri tərəfindən öldürüldüyünü bildirib. Ölən hərbiçilərin 45 yaşlı Mayor Amotz Qrinberq və 20 yaşlı çavuş Adar Bersano olduğu açıqlanıb. Qrinberq və Bersanonun HƏMAS-ın Qəzzadan İsrailə açdığı atəş nəticəsində öldüyü deyilir.